21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə Ukrayna danışıqlarına ev sahibliyi edə bilər

10.04.2023

Türkiyə Ukrayna münaqişəsində neytral mövqe tutur, həm Kiyev, həm də Moskva ilə işgüzar əlaqələr saxlayır. Bu baxımdan onun sülh danışıqları platformasına çevrilmək şansı neytral siyasətini itirmiş Avstriya və ya İsveçrədən daha çoxdur.

"DM" xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysla deyib.

"Məncə, sülh müqaviləsi və danışıqlar (Ukrayna ilə bağlı - red.) haradasa İstanbul və ya Antalya ərazisində olacaq.

Həm Avstriya, həm də İsveçrə neytral ölkələrdir, lakin onlar bu neytral xarici siyasətini itiriblər. Ukrayna məsələsində Avstriya tərəflərdən birinə açıq şəkildə dəstək verir. Macarıstan və Türkiyə kimi NATO ölkələri isə de-yure deyil, faktiki olaraq daha neytral xarici siyasət sxeminə riayət edirlər”, - o bildirib.