KİV: Ukrayna bu səbəbdən hərbi planlarını dəyişib
10.04.2023
Pentaqonun məxfi sənədlərinin internetə sızması səbəbindən Ukrayna hərbi planlarını yenidən nəzərdən keçirib.
"DM" xəbər verir ki, bu barədə CNN telekanalı Ukrayna Prezidenti Vladimir Zelenskiyə yaxın mənbəyə istinadən bildirib.
Telekanal hərbi planlarda baş vermiş dəyişikliklərin nədən ibarət olduğunu və onların miqyasını açıqlamayıb, lakin qeyd olunub ki, ABŞ ordusuna və kəşfiyyatına aid məxfi sənədlərin internetə sızması Kiyevi hərbi planlarını dəyişməyə məcbur edib.
Həmçinin əlavə olunub ki, məxfi sənədlərdə Ukrayna təhlükəsizlik qüvvələrinin döyüş potensialının səviyyəsinə dair məlumatlar da yer alıb.