ATƏT-in sədri Azərbaycana səfər edəcək
10.04.2023
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycana səfər edəcək.
"DM" xəbər verir ki bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat xidməti məlumat verib.
Bujar Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirmək üçün aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
O, parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər tərəfdaşlarla da görüşlər keçirəcək.
Səfər çərçivəsində ATƏT, Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.