03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

DSX rəisinin müavini: İran Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir

07.04.2023

İran İslam Respublikasının xüsusi xidmət orqanları Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş fəaliyyətində narkotik qaçaqmalçılığından da istifadə edir.

Bunu  Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadə deyib.

O bildirib ki, bu cinayətkar fəaliyyətə cəlb olunan şəxslərin sonradan müxtəlif yollarla xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsinə məcbur edilməsi faktları da mövcuddur.

"Burdakı digər mühüm məsələ isə faktiki olaraq Azərbaycan gənclərinə qarşı əvvəl də qeyd etdiyimiz kimi narkotik terrorun həyata keçirilməsidir. Bu bir faktdır ki, İran hazırda Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir. Azərbaycan gənclərinin narkotiklərə aludə edilməsi xalqımızın gələcəyinə qarşı yönəlmiş təxribat xarakterli addımdır. Sxem çox aydındır, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr daşımaq, burda bu narkotik vasitələri satıb Azərbaycan gəncliyini zəhərləmək, əldə olunan vəsaitdən isə Azərbaycan dövlətçiliyinə qarşı təxribat xarakterli əməllərdə istifadə etmək. Lakin Dövlət Sərhəd Xidməti, həmçinin, ölkəmizin hüquq-mühafizə orqanları bu məkrli planları ifşa edərək, qarşısını alırlar”- deyə DSX-ın rəis müavini qeyd edib .