Gürcü və erməni şəhərləri arasında dostluq memorandumu imzalanıb
07.04.2023
Gürcüstanın Rustavi və Ermənistanın İcevan şəhərlərinin merləri dostluq memorandumu imzalayıblar.
"DM" xəbər verir ki, bu barədə "Novosti-Georgia" məlumat yayıb.
Sənədi Rustavi meri Nino Latsabidze və İcevan meri Artur Çaqaryan imzalayıb.
Mərasimdə iştirak etmək və danışıqlar aparmaq üçün erməni nümayəndə heyəti Gürcüstana gedib.