Sarqsyan seçkilərdə iştirakdan imtina etdi
12.11.2018
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan parlament seçkilərində iştirak etməyəcək.
"Dövran Media" xəbər verir ki, bununla bağlı qərar Respublika Partiyasının iclasında qəbul edilib.
Bundan əvvəl partiyanın iclasında Sarqsyan Respublika Partiyasının sədrinin birinci müavini seçilib.
Ermənistanın Respublika Partiyasının seçkiqabağı siyahısına sabiq müdafiə naziri Viqen Sarkisyan rəhbərlik edir.
Sabiq müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib ki, Sarqsyandan başqa, siyahıda eks baş nazir Karen Karapetyanın da adı yoxdur.
Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək.