Türkiyə Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inanır
07.04.2023
Türkiyə Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inanır.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bunun üçün Ankara bir sıra səylər göstərib, lakin buna nail olmaq mümkün olmayıb.
Çavuşoğlu, həmçinin, əlavə edib ki, taxıl təşəbbüsünün davam etdirilməsi üçün sazişin yerinə yetirilməsi lazımdır: "Bu günə qədər Ukraynanın üç limanından 866 gəmi ilə 20 milyon tondan çox taxıl dünya bazarlarına çıxarılıb”, - o bildirib.