ABŞ-dan Ukrayna ilə bağlı mühüm açıqlama
07.04.2023
ABŞ və tərəfdaşları Rusiya tərəfindən işğal olunmuş ərazilərin Ukraynaya geri qaytarılması üçün hər cür köməklik göstərəcək.
"DM" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Ukraynanın tərəfdaşlarının iki məqsədi var. Onlardan biri Ukraynaya əraziləri geri almağa davam etmək üçün əlimizdən gələni etməkdir. Bura yaxın həftələrdə başlanacaq əks-hücum da daxildir. İkincisi, Ukraynaya orta və uzunmüddətli hərbi əməliyyatların qurulmasında dəstək verilməlidir. Rusiya kursunu dəyişənə qədər biz sanksiyaların və ixrac nəzarətinin görünməmiş təzyiqinin davam etməsini təmin edəcəyik”, - Blinken bildirib.