Nazir: Ermənistanın təcavüzü zamanı mədəni-dini irsimiz məhv edilib
07.04.2023
Şuşa şəhərində 30 il ərzində mədəni-dini abidələri ermənilər tərəfindən yerlə-yeksan edilib.
"DM" xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.
"44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz öz tarixi torpaqlarını işğaldan azad edib. Ermənistanın ölkəmizə qarşı təcavüzü zamanı tarixi-mədəni-dini irsimiz məhv edilib, mənimsənilib, tarixi mahiyyəti dəyişdirilib. Ermənistan Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi indiki Ermənistan ərazisində də tarixi abidələri dağıdıb", - nazir qeyd edib.