Qazaxıstan modeli Miss Asia Global titulunu qazandı
12.11.2018
"Dövran Media” "Qazinform” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan modeli Asem Yesengeldiyeva Hindistanın Koçin şəhərində keçirilən "Miss Asia 2018” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Yesengeldiyeva Miss Asia Global titulunu qazanmaqla yanaşı, ayrıca olaraq "Ən gözəl saçlar” nominasiyası üzrə də qalib olub. Qeyd edildiyi kimi, bu ilki müsabiqəyə 25 ölkənin nümayəndələri qatılmışdılar.
Xatırladaq ki, 2018-ci ilin iyul ayında Asem Yesengeldiyeva MDB ölkələri arasında kecirilən gözəllık müsabiqəsində "MDB-nin birincı vitse-missi” tituluna layiq görülmüşdü. Hazırda model Qazaxıstanın Abılay xan adına beynəlxalq münasıbətlər və dünya dilləri Universitetinin üçüncü kursunda təhsil alır. O, həm də Velada beynəlxalq model agentliyinin tərkibindədir.