Prezidentliyə namizəd: "Məni və övladlarımı ölümlə hədələyirlər"
12.11.2018
Gürcüstnın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili özünün və övladlarının hədə-qorxu mesajları aldığını bildirib.
"Dövran Media" xəbər verir ki, bunu prezidentliyə namizəd keçirdiyi brifinqdə bildirib.
S.Zurabişvili son günlər ona və övladları Teymuraz və Ketevana ölüm hədələri olan qısa ismarıc və səsli mesajlar göndərildiyini deyib: "Mesajlarda "Biz başlarınızı güllələyərik, qanınızı içərik" kimi senzuradan kənar sözlərdən istifadə olunmaqla həyatımıza təhlükənin olduğu aydın şəkildə bildirilib. Təhlükə realdır, çünki mesajların müəllifləri müəyyən olunub. Onlar Vahid Milli Hərəkat Partiyası ilə əlaqəli olan keçmiş hərbçilərdir".
Prezidentliyə namizəd Gürcüstan Daxili İşlər Nazirliyini ona və ailə üzvlərinin ölümlə hədələnməsi faktına dərhal reaksiya verməyə çağırıb.