Ermənistan hökuməti ehtiyatda olan hərbçilərin təlimə çağırılması barədə qərar verib
06.04.2023
Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb.
"DM” "Armenpress”ə istinadən xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək.
Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.