"İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir"
06.04.2023
"İran Azərbaycanda "5-ci kolon” yaratmağa cəhd edir".
"DM" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq.
"İran özü bundan çox ciddi ziyan çəkə bilər və ziyan çəkəcək. Həm bizim səfirliyimizə qarşı terror aktı, eyni zamanda millət vəkili Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, eyni zamanda Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaq nəticələri göstərir ki, İran rejimi müxtəlif sahələrdə olan adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edib. Bunun bir hissəsini isə din adı altında həyata keçirib”, - deyə Mübariz Qurbanlı əlavə edib.