Finlandiya hökuməti istefa verib
06.04.2023
Finlandiyada hökumət istefa verib.
"DM” xarici KİV-ə istinadən bildirir ki, Baş nazir Sanna Marin hökumətin istefası ilə bağlı qərarı ölkə Prezidenti Sauli Niinistyoya təqdim edib.
Nazirlər Kabineti yenidən formalaşdırılana qədər hökumət vəzifələrini yerinə yetirəcək.
Qeyd edək ki, S.Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası aprelin 2-də keçirilən parlament seçkilərində məğlub olub. Bundan sonra hökumət başçısı istefa verəcəyini açıqlayıb.