Bolqarıstan limanlarını Rusiya gəmilərinə tamamilə bağlayıb
06.04.2023
Bolqarıstan Avropa İttifaqının sanksiyalarının tətbiqi üzrə göstərişi çərçivəsində Rusiya gəmilərinin ölkəyə girişi üçün bütün limanlarını bağlamaq qərarına gəlib.
Müvafiq qadağa aprelin 8-dən qüvvəyə minəcək və Rusiyanın dəniz gəmi reyestrində qeyd olunan gəmilərə şamil ediləcək.
Bolqarıstan ilk dəfə 2022-ci il aprelin 17-dən Rusiya Federasiyasının bayrağı altında üzən gəmilərin öz limanlarına girişinə qadağa qoyub. Bu tədbir Aİ-nin beşinci sanksiyalar paketində nəzərdə tutulub.
Ancaq indi qadağa digər ölkələrin bayraqları altında üzən Rusiya gəmilərini də əhatə edəcək.
Mənbə: PortSEurope