ABŞ Gürcüstan hakimlərinə qarşı sanksiya tətbiq edib
06.04.2023
ABŞ hakimiyyəti Gürcüstan Ali Ədliyyə Şurasının 4 üzvünə korrupsiyada iştirak etdiklərinə görə viza məhdudiyyəti qoyub.
Bu barədə çərşənbə günü ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.
Məlumata görə, Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadze məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.
Blinkenin bəyanatına əsasən, bu şəxslər "vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər” və bununla da "qanunun aliliyini və Gürcüstanın məhkəmə sisteminə ictimai etimadı sarsıdıblar”.
Mənbə: TASS