21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasından buraxılıb

05.04.2023

Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə oradan çıxıb. 

"DM"-nın məlumatına görə, onu qardaşı Əli Hacıyev xəstəxanadan çıxarıb. 

Respublika Psixiatriya Xəstəxanası məlumatı saytımıza təsdiqləyib. Bildirilib ki, qardaşının ərizəsi əsasında yeniyetmə onun himayəsində evə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. Qeyd edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

"Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.
Daha sonra şikayətini bildirən yeniyetmə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb. Daha sonra həkim də işdən çıxarılıb. 

Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdan biridir və onlar uşaq evində böyüyüblər.