Moskvada dördtərəfli görüş keçiriləcək
05.04.2023
Yaxın günlərdə Türkiyə, Rusiya, Suriya və İran xarici işlər və müdafiə nazirləri, həmçinin, Kəşfiyyat idarəsi rəhbərləri səviyyəsində görüş baş tutacaq.
"DM"-nın xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Anadolu Agentliyi"nə müsahibəsində bildirib.
O qeyd edib ki, görüş Moskvada baş tutacaq, tərəflər görüşün tarixini dəqiqləşdirir. Kalının sözlərinə görə, Türkiyə öz sərhədlərinin təhlükəsizliyi, terrorla mübarizə və suriyalı miqrantların ölkələrinə qayıtması mövzusunda mövqeyini açıq şəkildə bildirib.
Kalın, həmçinin deyib ki, İranın tələbi ilə bu görüşlərin dördtərəfli formatda keçirilməsində də fayda var.