"Türkiyə istehsalı olan texnika Qarabağda özünü doğrultdu"
05.04.2023
"Türkiyə Silahlı Qüvvələrinin texnikası bir çox ərazidə, o cümlədən Qarabağda özünü doğruldub”.
"DM” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın "Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, müdafiə sənayəsi texnikalarının inkişafı üçün işlər davam edir: "Biz öz məhsullarımızı özümüz istehsal edirik. Bir müddətdən sonra F-35 məsələsi o qədər də prioritet olmayacaq. Çünki həmin silahlara bərabər texnikaları özümüz istehsal edirik”.