Fransa Ukraynada sülh və stabillik üçün Çinlə birgə işləmək istəyir
05.04.2023
Fransa Ukraynada sülh və stabillik üçün Çinlə birgə işləmək istəyir.
"DM" AFP-yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşdən əvvəl Pekində fransız icmasının toplantısında çıxış edən Fransa Prezidenti Emmanuel Makron deyib.
Pekinin Ukraynada nüvə silahının istifadəsinə qarşı çıxdığını, eləcə də Kiyev və Moskva arasında sülh təklifi verdiyini xatırladan Fransa Prezidenti: "Rusiya ilə yaxın münasibətlərinin olduğu son günlər bir daha təsdiqlənən Çin prosesdə böyük rol oynaya bilər", - deyə əlavə edib.
Fransız icması ilə görüşündə "Biz özümüzü Çindən ayırmamalıyıq, uzaqlaşdırmamlıyıq" - deyən Makron Fransanın "proaktiv olaraq Çinlə ticari əlaqələri davam etdirməyi öhdəsinə götürəcəy"ini vurğulayıb.
Xatırladaq ki Fransa dövlət başçısı bu gün Çinə üç günlük rəsmi səfərə gəlib.