Çavuşoğlu: Rusiya və Ukrayna genişmiqyaslı əməliyyatlara hazırlaşır
05.04.2023
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla 6-7 aprel tarixlərində Ankarada Rusiya-Ukrayna müharibə, həmçinin, Taxıl dəhlizinin fəaliyyətini müzakirə edəcək.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə türkiyəli nazir mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, "Taxıl sazişi”nin müddətinin 60 gündən 120 günə qədər uzatmaq üçün Rusiya taxılı və gübrəsinin dünya bazarlarına çıxışını təmin etmək lazımdır.
Nazir əlavə edib ki, tərəflər yaxın zamanda genişmiqyaslı əməliyyatlar həyata keçirməyə hazırlaşır və Türkiyə bundan təəssüflənir.