Britaniya Rusiya Ombudsmanının BMT-dəki çıxışını bloklayıb-FOTO
05.04.2023
Britaniya Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasındakı çıxışını bloklayıb.
Bu barədə Böyük Britaniyanın BMT-dəki nümayəndəliyinin "Twitter” səhifəsində paylaşım edilib.
Qeyd olunub ki, Rusiya ukraynalı uşaqların qondarma təxliyəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını çağırıb. Brifinq üçün Moskva Mariya Lvova-Belovanı dəvət edib.
Britaniya Rusiya Ombudsmanının çıxışının yayımını blokladığını bildirib.
"Dezinformasiya yayması üçün ona BMT platforması verilməməlidir. Əgər Mariya Lvova-Belova öz əməllərinə görə cavab vermək istəyirsə, bunu Haaqada edə bilər”, - deyə britaniyalı diplomatlar vurğulayıblar.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların deportasiyası işi üzrə Rusiya Prezidenti Vladimir Putin, eləcə də Ombudsman Mariya Lvova-Belovanın həbsinə order verib.
Mənbə: RBC-Ukrayna