Kreml Trampla bağlı vəziyyəti ABŞ-ın daxili işi adlandırıb
05.04.2023
Kreml keçmiş Amerika Prezidenti Donald Trampın həbsi ilə bağlı vəziyyəti ABŞ-ın daxili işi adlandırıb.
"DM"-nın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin "Trampın işi” ilə bağlı şərh vermədiyini bildirib.
O, bunu Kremlin ABŞ-ın daxili işlərinə qarşı bilməyəcəyi ilə izah edib.
"Biz özümüzün ABŞ-ın daxili işlərinə qarışmağa haqqımızın olmadığını hesab edirik, necə ki, onların bizim daxili işlərimizə qarışmaq haqqı yoxdur”, - Kremlin sözçüsü vurğulayıb.