Britaniya müdafiə naziri: “Finlandiya Putin üçün dərs olsun”
05.04.2023
"Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması Rusiya Prezidenti Putin üçün dərs olmalıdır”.
Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
"Mən şadam ki, Finlandiyanın NATO-ya üzvlük üçün müraciəti təsdiqləndi. Mən bu ölkəni təşkilatda salamlamaq istəyirəm”, - deyə nazir qeyd edib.
"Qoy Finlandiya Putin üçün dərs olsun. Finlandiya öz iradəsi əsasında üzv olmaq qərarına gəlib. Suveren dövlət kimi öz ittifaqını seçmək azadlığı vətəndaşların və yalnız vətəndaşların işidir”, - deyə Ben Uolles əlavə edib.
Mənbə: "Sky News”