Bakıda evdən 110 min dollar oğurlanıb
05.04.2023
Bakıda evdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov və Namik Bayramov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.