Malayziya Kralı: Malayziya ilə Azərbaycan arasında sıx səmimi münasibətlər mövcuddur
05.04.2023
Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
"DM" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Son 30 il ərzində Malayziya ilə Azərbaycan arasında geniş əməkdaşlıq sahələrində qarşılıqlı hörmət və maraq doğuran məsələlərdə ortaq dəyərlər prinsipinə əsaslanan sıx səmimi münasibətlər mövcuddur.
Biz ürəkdən inanırıq ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə də genişlənərək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, həmçinin xalqlarımıza davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq”.