Tehranda aksiya: Vətəndaş özünü yandırdı
11.11.2018
İranın paytaxtı Tehran şəhərində 20 yaşlı gənc Əmək Nazirliyi binası qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
"Dövran Media" xəbər verir ki, təcili yardım və polisin cəld müdaxiləsi ilə gənc ağır yaralı vəziyyətdə xilas edilib.
Gəncin bu addımı atmasına səbəb kimi ailə-məişət problemləri göstərilib.