Panamada 7 bala yaxın zəlzələ olub
05.04.2023
Panamanın cənub sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
Məlumatı ABŞ-nin Geoloji Xidməti yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri David şəhərindən 94 km cənubda yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Mənbə: TASS