Laçın-Xankəndi yolunda ekoaksiya 115 gündür davam edir
05.04.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
"DM" xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu davam etdirib, müxtəlif şüarlar səsləndiriblər.
Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini deyiblər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 115 gündür davam edir.