Şabanın DOĞUM GÜNÜDÜR: Həyat yoldaşının "instagram" paylaşımı - FOTO
11.11.2018
Bu gün Türkiyənin dünyaca məşhur komediya ustası, vətəni ilə yanaşı Azərbaycanda da sevilən aktyor Kamal Sunalın doğum günüdür.
"Dövran Media" xəbər verir ki, aktyorun ömür-gün yoldaşı Gül Sunal onun 74-cü doğum gününə özəl paylaşım edib.
Paylaşımında duyğu dolu sözlərə yer verən xanım Sunal həyat yoldaşının cəmiyyətə örnək olmasına diqqət çəkib.
"Yaxşı ki doğuldun Kamal...Kitabımda səndən belə bəhs etmişəm... Əli idarəetmə fakültəsini bitirdi, sənin kimi master oldu. Ezo Londonda Film və Erkən Uşaqlıq Dövrü olmaqla, iki fakültə bitirdi. Yaşadığın hər şey kimi təhsilin də dəyərini tapdı. Öncə uşaqların, sonra da sevənlərin...Doğru bildiyin, olmasını istədiyin hər şeyi, gözləntilərini öncə özün etdin... Yaxşı ki doğuldun, yaxşı ki varsan Kamal...”
Əslində Kamal Sunalın doğum günü 10 noyabrdır. Sadəcə atası 10 noyabrda vəfat etdiyinə görə, aktyor doğum gününü bir gün sonra qeyd edirdi.
Türk dünyasının gülən üzünü sevgi və rəhmətlə anırıq...