Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə 2 mlrd. dollar artıb
04.04.2023
Bu il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1% artaraq 9 milyard 133 milyon ABŞ dollarına çatıb.
"DM" xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə isə 27,9 % və ya 1 milyard 994,6 milyon dollar artıb. Belə ki, 2022-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 7 milyard 138.4 milyon dollar təşkil edib.