Bakı İsraildən yeni hərbi texnika alacaq
04.04.2023
İsrailin iki müdafiə texnologiyası şirkəti - "Meteor Aerospace” və "SpearUAV” bu il və ya 2024-cü ildə dronların hazırlanması üçün Azərbaycanla müqavilə imzalayacaq.
"DM" xəbər verir ki, bu barədə "Midl İst İnstitut” məlumat yayıb.
"İsrail gəmiqayırma zavodları tərəfindən layihələndirilən və Azərbaycan sahil mühafizəsinin gəmi inşası və təmiri mərkəzi tərəfindən Türkan qəsəbəsində inşa edilən "Sa'ar” 62 dərəcəli patrul gəmisi üçün yeni sifarişlər gözlənilir.
Sifariş ediləcək hərbi texniklar arasında "LORA” və "Barak-8” raketləri də ola bilər. Eyni zamanda, Bakının İsraildən "Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini də alması mümkündür”, - məlumatda deyilir.