"Air France"ın təyyarəsi Rusiyada təcili eniş edib
11.11.2018
"Air France" aviaşirkətinin "Boeing-777" təyyarəsi Rusiyanın İrkutsk şəhərində qəza enişi edib.
"Dövran Media" bildirir ki, təcili enişə səbəb təyyarənin içində baş verən tüstülənmə olub. Xəsarət alan olmayıb.
Təyyarə Paris-Şanxay reysini yerinə yetirirdi. Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 280 nəfər olub. Bütün sərnişinlər aeroportun mehmanxanası və şəhər hotellərində yerləşdirilib.