Bu ölkədə ruslara obyekt satmaq qadağan edilib
04.04.2023
Litvada rusların əmlak alması qadağan edilib.
"DM" xəbər verir ki, bu barədə Litva Seyminin bu gün qəbul etdiyi qərarda bildirilib.
Qərarın lehinə 74 deputat səs verib.
Qanun layihəsini hazırlayan deputat Laurinas Kasçyunas bildirib ki, 2022-ci ildə ruslar Litvada 699 obyekt alıblar və bu da ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vura bilər.