Finlandiya rəsmi olaraq NATO-ya üzv olub
04.04.2023
Finlandiya rəsmi olaraq NATO-ya üzv olub.
Bu barədə Polşanın Baş naziri Mateuş Moraveski öz "Twitter” hesabında paylaşım edib.
Mateuş Moraveski ölkəni alyansın 31-ci üzvü olması münasibətilə təbrik edib.
"Finlandiya artıq NATO-dadır. Təbrik edirik!
Bu gündən alyansa 31 ölkə daxildir. Güclü tərəfdaşlar Polşanın, regionumuzun və bütün dünyanın təhlükəsizliyini təmin edir”, - deyə o, paylaşımında qeyd edib.