Moskvada bomba təhlükəsi - Həyəcan
11.11.2018
Rusiya təhlükəsizlik orqanlarına bomba təhlükəsi ilə bağlı xəbərdarlıq daxil olub.
"Dövran Media" xəbər verir ki, bu barədə Moskvanın fövqəladə hallar xidməti informasiya yayıb.
Məlumata görə, daxil olan zənglərdə Kiyevskiy və Belarusskiy vağzallarının minalanması barədə xəbərdarlıq edilib. Təhlükəsizlik orqanları dərhal təcili və təxirəsalınmaz tədbirlər görüb. Vağzalların yalnız çıxışının fəaliyyətinə icazə verilib, giriş bağlanıb.