21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Naxçıvan MR Hərbi Prokurorluğunun tabelik qaydası dəyişir

04.04.2023

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır.

"DM"-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında” və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru isə prokurorluqda vəzifələrin təsnifatından çıxarılır.

Qeyd edilib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenilən təşkil olunması ilə əlaqədar hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.