Stoltenberq: Ukrayna məğlub olarsa, NATO-ya üzvlük məsələsi öz əhəmiyyətini itirəcək
03.04.2023
Ukrayna müharibədə qalib gəlməsə, NATO-ya üzvlük məsələsi öz əhəmiyyətini itirəcək.
"DM" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinq zamanı deyib.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin 30 sentyabrında NATO-ya qısa zamanda üzv olmaq üçün müraciət olunduğunu bəyan etmişdi, lakin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı işlərin həyata keçirilməsi üçün uyğun zaman deyil.