21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Markov:Rusiya Baxmutda Ukraynanı bitirir

03.04.2023

Aprelin 2-si, saat 23:00-dan etibarən Baxmut administrasiyasının binası üzərində Rusiya və "Vaqner”in bayrağı dalğalanır. Bu yaxşıdır. Rusiya nöqteyi-nəzərindən Baxmut uğrunda döyüşlərin əsas məqsədi şəhərin özünü ələ keçirmək deyil, Ukrayna Silahlı Qüvvələrinin hərbi resurslarını, onların hərbi texnikasını və işçi qüvvəsini maksimum dərəcədə məhv etmək üçün şəhər uğrunda döyüşlərdən istifadə etməkdir.

"/DM/" xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Yəni Baxmut Ukrayna Silahlı Qüvvələri üçün tələ kimi işləyir. Ona görə də Baxmut uğrunda döyüşlərin effektivliyi onun azad edilmə sürətində deyil, Ukrayna Silahlı Qüvvələrinin Baxmutda məhv edilmiş külli miqdarda hərbi resurslarındadır”, - o bildirib.