21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ şirkətləri Azərbaycanda yaşıl enerji ekosisteminin inkişafında maraqlıdır

03.04.2023

Azərbaycanda səfərdə olan ABŞ-ın ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici ticarət xidmətlərinin baş direktoru Arun Venkataraman ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunda iştirak edib.

"DM" ABŞ səfirliyinə istinadən xəbər verir ki, Forumda Azərbaycanın yaşıl enerji ekosisteminin inkişafında marağı olan doqquz ABŞ şirkəti də qatılıb.

Ticarət katibinin köməkçisi Venkataraman Forumun əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın ticarət departamenti, habelə ABŞ-ın özəl sektoru Azərbaycana yaşıl enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır.

"Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə 2050-ci il üçün Birləşmiş Ştatlarda ətraf mühitə tullantıların səviyyəsini sıfıra çatdırmaq öhdəliyini öz üzərinə götürüb. Cari administrasiya iqlim dəyişikliyi probleminin ünvanlanması üçün bütün hökumət qurumları arasında əlaqələndirilmiş yanaşmanı tətbiq edir”, - o bildirib.

Forumda ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara da çıxış edib: "Bu forum bizim enerji sahəsində əməkdaşlığımızın gücləndirilməsi və yaşıl enerji sahəsində çalışan ABŞ və Azərbaycan şirkətlərinin arasında əlaqələrin yaradılmasının sayəsində ABŞ-Azərbaycan ikitərəfli iqtisadi münasibətlərinin artmasına vacib imkan yaradır”.

Qevera qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır: "Enerji sahəsi həmişə bizim iqtisadi əməkdaşlığımızın vacib hissəsi olub və ABŞ Azərbaycanın enerji sahəsində etibarlı təchizatçı rolunu dəstəkləyir. Bu forum Azərbaycanın yaşıl enerji potensialının tam mənimsəməsi üçün texniki və tənzimləyici innovasiyaların həyata keçirilməsinə yardım edəcək”.

Ticarət Departamentinin Avrasiya məsələləri üzrə baş müşaviri Hizer Bürns deyib ki, Forumun təşkilində məqsəd Azərbaycanın investorlarına ABŞ-ın texniki təchizatçılarının dəstəyi sayəsində ölkənin yaşıl enerji imkanlarını inkişaf etdirməkdir: "Dünyada neft və qaz hasil edən ölkələr karbon qazı tullantılarının azaldılması üçün yaşıl enerji layihələrini həyata keçirir. Bizim yalnız bir planetimiz var və biz birgə işləyərək qlobal istiləşməni nəzarət altında saxlamalıyıq”.

Səfirlikdən bildirilib ki, səfər çərçivəsində ticarət katibinin köməkçisi Venkataraman həmçinin Azərbaycanın energetika, nəqliyyat və iqtisadiyyat sahəsində çalışan yüksən səviyyəli rəsmilər ilə görüşlər keçirəcək və ABŞ və Azərbaycan arasında daha geniş ticarət və investisiyalar imkanlarını müzakirə edəcək.

Ticarət katibinin köməkçisi Venkataraman bir sıra ABŞ şirkətləri ilə görülər keçirməyi və onların yerli biznes mühitində fəaliyyətləri barədə məlumat almağı da planlaşdırır.