“Türkiyəyə yardım qardaşlıq borcumuzdur”
03.04.2023
"Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin "Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarı qəbul edərkən deyib.
Dövlətimizin başçısı zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyib.
Prezident İlham Əliyev bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Azərbaycan Prezidenti Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini, bu xüsusda "Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb.
Dövlətimizin başçısı bu şirkətin məhsullarının Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.