Türkiyədə inflyasiya növbəti dəfə azalıb
03.04.2023
Türkiyədə illik inflyasiya beş aydır azalmaqda davam edir.
"DM" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, mart ayında inflyasiya 50,51%-ə kimi azalıb. Ötən ay bu rəqəm 55,18% təşkil etmişdi.
İstehlak qiymətləri indeksi aylıq 2,29%, istehsal qiymətləri isə 62,45% artıb. Qeyd edilib ki, istehsal qiymətlərində artım son 16 ayda ən aşağı səviyyəyə düşüb.
Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı, ötən ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.