21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan və Rusiya arasında inkişaf dinamikası müzakirə olunub

03.04.2023

İqtisadiyyat Nazirliyində Rusiya Federasiyası Prezidentinin müşaviri Ruslan Edelgeriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə nazirlik məlumat yayıb. 

Nazir Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin müsbət inkişaf dinamikasını vurğulayıb, iqtisadi potensialın reallaşdırılmasında, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində işgüzar dairələr arasında tərəfdaşlığın intensivləşdirilməsinin önəmini qeyd edib.

Bildirilib ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş torpaqlarımızın geniş potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyası ilə tərəfdaşlığın inkişafı üçün yeni perspektivlər açır.

Rusiya investorları, həmçinin, beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilərlər. Nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsinin ikitərəfli əmtəə dövriyyəsinin artımında xüsusi rolunu vurğulayan iqtisadiyyat naziri bu baxımdan Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Ruslan Edelgeriyev Rusiya Federasiyasının Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verdiyini, özəl sektorun fəallığının artırılmasının qarşılıqlı faydalı inkişafda rolunu qeyd edib, iqtisadi potensialın reallaşdırılmasına dair fikirlərini bölüşüb. Rusiyanın Xarici İşlər Nazirliyinin və Azərbaycandakı səfirliyinin, Ticarət Nümayəndəliyinin, Çeçenistan Respublikasının "Birincilərin hərəkatı” Ümumrusiya Dövlət Uşaq və Gənclər ictimai hərəkatının regional şurasının təmsilçilərinin də iştirak etdiyi görüşdə müxtəlif sosial-iqtisadi layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər, həmçinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın diversifikasiyasına, qarşılıqlı ticarətin həcmindəki dinamizmin qorunub saxlanılması üçün görüləcək işlərə, regionlararası, turizm və digər sahələrdə əlaqələrin inkişafına dair müzakirələr aparıblar.