Almaniyanın vitse-kansleri gözlənilmədən Ukraynaya səfər edib - FOTO
03.04.2023
Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek bu gün Ukraynaya səfər edib.
Vitse-kansleri səfərdə Almaniyanın biznes adamlarından ibarət kiçik nümayəndə heyəti müşayiət edir.
Nazirin səfərinin məqsədi Ukraynanın bərpası, eləcə də enerji sahəsində əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsidir.
Habekin sözlərinə görə, onun səfəri Almaniyanın Ukraynanın qələbəsinə və bərpasına inandığına və bu işdə kömək etməyə hazır olduğuna işarədir.
O, həmçinin qeyd edib ki, Avropa təkcə Ukraynanı dəstəkləmək deyil, eləcə də onu gələcəkdə iqtisadi cəhətdən güclü tərəfdaşa çevirmək marağındadır.
Mənbə: UNİAN