Laçın-Xankəndi yolunda ekoaksiya 113 gündür davam edir
03.04.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
"DM" xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu davam etdirib. Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini deyiblər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 113 gündür davam edir