Bakı metrosunda sərnişin xlor dağıdıb
31.03.2023
"Bakı Metropoliteni"ndən bildirilib ki, daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib.
"Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur", - deyə məlumatda qeyd olunub.
15:26
"Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, hadisə nəticəsində maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib.