Əlillərin sayı açıqlandı - Azərbaycanda
13.02.2018
Azərbaycanda fiziki qüsurlu insanların sayı açıqlanıb.
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min fiziki qüsurlu şəxs var.
O bunun ölkə əhalisinin 6 faizini təşkil etdiyini bildirib: "Son illər əhalinin sayı 1,5 milyon nəfər artsa da, bu qrup insanların sayında artım yoxdur. Buna səbəb reabilitasiya mərkəzlərinin inkişaf etdirilməsidir”.
"DM"