Kreml: Ukraynada Aİ sülhməramlılarının yerləşdirilməsi mövzusu çox təhlükəlidir
31.03.2023
Avropa İttifaqında Ukraynada sülhməramlıların yerləşdirilməsi imkanlarının müzakirəsi potensial olaraq çox təhlükəli mövzudur.
"DM"-nın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, çox vacib bəyanatdır. Əgər söhbət hansısa ciddi danışıqlardan gedirsə, bu, potensial olaraq son dərəcə təhlükəli müzakirədir. Bilirsiniz ki, dünya praktikasında belə qüvvələr (sülhməramlı qüvvələr-red.) bir qayda olaraq hər iki tərəfin razılığı ilə yerləşdirilir. İndiki halda bu, potensial olaraq çox təhlükəli mövzudur”, - deyə Peskov qeyd edib.