03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kreml Lukaşenkonun bu təklifinə münasibət bildirib

31.03.2023

Ukraynadakı vəziyyətlə bağlı sülh planlarının həyata keçirilməsi hazırda mümkün deyil, çünki Kiyev müharibəni davam etdirməkdə israrlı olan kuratorlarına tabe olmaya bilməz.

"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynada hərbi əməliyyatları dayandırmağı və barışıq təklif etməsinə münasibət bildirərkən deyib.

Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinin Ukrayna ilə bağlı nizamlanma planının özünü və ayrı-ayrı müddəalarını müzakirə etdiyini söyləyib: "Lakin biz bu iki ideya dəstini (Si Cinpinin sülh planı və Aleksandr Lukaşenkonun hərbi əməliyyatları dayandırmaq və barışıq təklifi-red.) müqayisə etməyi çətin ki, məqsədəuyğun hesab edirik".

Peskov həmçinin bildirib ki, Pekinin planı indi həyata keçirilə bilməz.

"Onlar hazırda Ukrayna tərəfinin öz kuratorlarına, komandirlərinə tabe olmamasının mümkünsüzlüyü səbəbindən həyata keçirilə bilmir. Bu kuratorlar bildiyimiz kimi Kiyevdə oturmurlar və müharibənin davam etdirilməsində israrlıdırlar”, - deyə o əlavə edib.

Peskov onu da bildirib ki, Putin və Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasında Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı Minskin təşəbbüslərini müzakirə edə bilərlər.