Putin bu ölkələrdəki səfirlərini geri çağırıb
31.03.2023
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Latviya və Estoniyadakı səfirlərini geri çağırıb.
"DM" xəbər verir ki, bu barədə imzalanmış fərman hüquqi informasiya rəsmi internet portalında dərc edilib.
Fərmanda qeyd olunub ki, Rusiyanın Latviyadakı səfiri Mixail Vanin və Estoniyadakı səfiri Vladimir Lipayevin vəzifələrindən azad edilib.
Qeyd edək ki, bu ilin fevral ayının əvvəlində Rusiya Estoniya tərəfinin hərəkətlərinə cavab olaraq bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqdan sonra Lipayev Estoniyanı tərk edib.
Həmin hadisədən sonra Latviya da Estoniya ilə həmrəylik nümayiş etdirərək Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarını qəbul edib.